Amor fati — latınca tale sevgisi və ya birinin taleyinə duyduğu sevgi kimi tərcümə olunan ifadə. Bu ifadənin özündə ehtiva etdiyi yanaşma tərzinə əsasən həyatda insanın başına gələn hər bir şey, hətta iztirab və itki belə mühüm əhəmiyyət daşıyır.[1] Amor fati Nitsşenin ədəbi təkrarlanma adı verilən konsepsiyası ilə bağlıdır. Onun fikrincə, hər şey sonsuz bir zaman müddətində sonsuz sayda yenidən təkrarlanır. Buradan da o, özünə ucsuz-bucaqsız zaman ərzində eyni həyatı olduğu kimi təkrar-təkrar yenidən yaşamaq arzusunu aşılayır (...bu əbədi təsdiqlənmədən və damğadan başqa heç nəyi belə atəşli dərəcədə arzulamamaq).[2]